Teleaparıcı Aysel Nazimin Milli.Az-a müsahibəsi.
- Aysel xanım, aparıcılığa gedən yol sizin üçün haradan başladı?
- Bu mənim uşaqlıq xəyalım idi. Əslində mən dilçiyəm. Tərcüməçi, ingilis dili müəllimi. On il müəllimlik, tərcüməçilik etdim. Sonra düşündüm ki, bu müddət kifayət edər, artıq uşaqlıq xəyallarımın ardınca getməyin vaxtı gəlib çatıb. Bunun üçün peşəkar aparıcılardan dərs aldım və xəyallarım gerçək oldu.
- Başqa nələr xəyal edirdiniz?
- Demək olar ki, bütün arzularıma çatmışam.
- Əlçatmaz olan nədir bəs sizin üçün?
- Məncə, insan istədiyi hər bir şeyi əldə edə bilər. Təki istəsin və mübarizə aparsın. İnsan nə istədiyini bilirsə, bütün dünya bir yana çəkilib ona yol verir. Mən bu prinsiplə yaşayıram.
- Önünüzə "sədd" çəkənlər olub?
- Çox olub.
- Məsələn, nə etmək istəyiblər sizə?
- Hər şey artıq geridə qalıb və mən qalib gəlmişəm. Ona görə də bu barədə danışmağı yersiz sayıram, əsas nəticədir. Əslində, yaxşı ki, olub və mən mübarizə aparıb qalib olmuşam (gülür).
- Efirdən sizi görüb eşq elan edən olub?
- Xeyr, olmayıb.
- Ailə qurmusunuz?
- Bəli, bir oğlum var.
- Artıq neçə ildir ki, ailəlisiniz?
- Ailə qurduğum altı ildir.
- Həyat yoldaşınız sizin ilk sevginizdir?
- O, mənim ilk və son sevgimdir.
- Sizi qısqandığını hiss etmisiniz?
- Bəlkə də ürəyində qısqanır, amma bunu dilə gətirmir. Deyir ki, səninlə fəxr edirəm.
- İdman xəbərlərini aparmaq yaxşıdır, yoxsa başqa səpkidə bir veriliş?
- İdman xəbərlərinin aparıcısı olmaq mənim ürəyimcədir. Qadın idman aparıcısı - bu adı çox sevirəm.
- Özünüz bir dinləyici kimi ürəkdən hansı xəbərə sevinmisiniz?
- İdmançılarımızın qələbələrinə. Bir gündə dörd qızıl medal qazanmaq xəbərini eşitmək həqiqətən qürurvericidir.
- İdman xəbərlərini təqdim edən bir xanım kimi özünüz idmanla məşğul olursunuz?
- Əlbəttə, üzgüzüçülk və gimnastika ilə məşğul oluram.
- Futbolla maraqlanırsınız?
- Əlbəttə, futbol idmanın şahıdır.
- Maraqlıdır, kimin qapısına on bir metrlik cərimə zərbəsi vurmaq istərdiniz?
- Buffonun qapısına, çünki ən güclü qapıçı odur.
- Sarışın gözəl, yoxsa cazibədar xanım?.. Bu ifadələrdən sizə hansı daha uyğundur?
- Fərq etməz, hər ikisi uyğundur (gülür).
- Sizə kənardan baxmaq yaxşıdır, yoxsa üzbəüz?
- Mənim tamaşaçılarım mənə üzbəüz baxırlar.
- Sizdə olmayan nədir?
- Paxıllıq. İnsan üçün əksiklik sayıram paxıllığı.
- Paxıllığınız yoxdur ki?
- Əminliklə deyə bilərəm ki, yoxdur.
- Bəs qadınlara qarşı qadın qısqanclığı necə, var?
- Xoşuma gələn bir şeyi nümunə götürə bilərəm, amma paxıllıq etmərəm.
- Necə bir insansınız?
- İntizamlı və mübariz biriyəm.
- Gözləriniz ən çox sevincdən yaşarır, yoxsa kədərdən?
- Sevincdən, çünki kədərimi gizlətməyi yaxşı bacarıram.
- Sizi içinizdən qurd kimi "yeyən" nədir?
- Hələ bu vaxta qədər elə bir şey dadmamışam.
Cavidan Abdullayev
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Şou-biznes
Azərbaycanlı teleaparıcı: "Bəlkə də ürəyində qısqanır" - FOTOSESSİYA
23 İyul 2014 03:00
24 Şərh
Baxış: 14 216
DİGƏR XƏBƏRLƏR
- Tolik blogerlərin saxtakarlığını açıqladı - VİDEO
- “Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
- Qaraciyəri qardaşına köçürülən Nərmin: "Səhhətimdə problemlər var” - VİDEO
- “Molodejka” serialının aktyoru vəfat etdi - FOTO
- “Səni çox sevirəm, Mətanətim” - FOTO
- "Şəbnəm ancaq toy bazarına işləyir"
XƏBƏR LENTİ
- ABŞ Azərbaycanın COP29-a sədrliyini qətiyyətlə dəstəkləyir - Ceffri Payet
- Tolik blogerlərin saxtakarlığını açıqladı - VİDEO
- Kreml: "Telegram" getdikcə terrorçuların əlində alətə çevrilir
- Moskva terrorunun yeni təfərrüatı məlum oldu
- Ronaldo hakimə belə etiraz etdi - FOTO
- Emin Ağalarov: “Crokus City Hall”un bərpası ilə bağlı yekun qərar yoxdur
- 28 yaşlı Kənan bacısının gözləri qarşısında öldürülübmüş
- Bakıda duman olacaq, külək əsəcək
- “Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
- Qaraciyəri qardaşına köçürülən Nərmin: "Səhhətimdə problemlər var” - VİDEO
- Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən narahatdır
- “Azneft”in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
- “Molodejka” serialının aktyoru vəfat etdi - FOTO
- Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü
- Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
- Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR - YENİLƏNİB
- “Səni çox sevirəm, Mətanətim” - FOTO
- Kahramanmaraşda küçələrə şəhidlərimizin adı verildi
- Əsrin ən çox qol vuranları: Ronaldo və Messi zirvədə - SİYAHI
- Bu ərazilərdə də parkinq bahalaşdı - Yeni qiymət
- "Şəbnəm ancaq toy bazarına işləyir"
- İrəvan teraktı pisləmədi – Markovdan çağırış
- 50 min dollar rüşvət gətirmişdilər… - Xalq şairi
- Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq etdi