Şou-biznes

Sevda Ələkbərzadə: "Stinq mahnımı oğurlayıb" - VİDEO

13 May 2014 17:21
5 Şərh     Baxış: 1 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Sevda Ələkbərzadənin dünya şöhrətli müğənni Stinqin mahnısını oğurladığı iddia olunur

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, "Şoubiz+" verilişində sənətçimizin oxuduğu "Ulu vətən"in Stinqin "A Thousand Years" mahnısının plagiatı olduğunu göstərən süjet verilib. Süjetdə deyilir ki, Sevda Ələkbərzadə amerikalı həmkarının mahnısını özününküləşdirib.

S.Ələkbərzadə isə bildirib ki, əslində Stinq onun mahnısını mənimsəyib:

"Zaur Abdullayev bu mahnını 1988-ci ildə yazıb, bunu hər kəs bilir, çünki o vaxtlar bir çoxu ifa edib. İlk dəfə bu mahnı 1997-ci ildə lentə alınıb və "Yuxu" qrupu oxuyub".

Qeyd edək ki, bu mahnı 1999-cu ildə Stinqin albomuna daxil edilib. "Yuxu" qrupu isə mahnını albomlarına 2001-ci ildə daxil edib.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.






Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.