Teleaparıcı Sona Alməmmədovanın Milli.Az-a müsahibəsi.
- Neçə ildir televiziya sahəsində çalışırsınız? Və mümkünsə, bu sahəyə gəlişiniz barədə məlumat verərdiniz.
- Hələ ibtidai sinifdə oxuyarkən müəllimim məndə aparıcıya məxsus bəzi xüsusiyyətləri aşkar edərək, məktəb tədbirlərində aparıcı təyin edirdi. Hətta "sən gələcəkdə jurnalist olacaqsan" deyirdi. Daha sonralar isə ədəbiyyata olan sevgim və marağım tədbirlərdə nəinki aparıcı, eləcə də bədii qiraətçi kimi də özümü sınamağa gətirib çıxardı. Çox vaxt sual verirlər ki, bəs kompleksin yox idi? Deyim ki, heç vaxt belə işlərdə kompleksim olmayıb, bəlkə də sevgi hissi üstünlük təşkil edib, ona görə. Orta məktəbi bitirdikdən sonra Pedaqoji kollecə daxil oldum. Burada da əvvəlki "vəzifə"mi davam etdirirdim. Günlərin birində kollecin müəllimi mənə dedi ki, tezliklə Kanal S adlı bir televiziya fəaliyyətə başlayacaq. Bəlkə sən də özünü sınayasan? Təklifi, necə deyərlər, anında dəyərləndirdim. Düzdü, məni çox sınağa çəkdilər, imtahan etdilər, amma görünür, imtahandan yaxşı keçdim ki, artıq 5 ildir buradayam. Qeyd etməliyəm ki, televiziya sahəsində çalışmaq olduqca çətindir, ancaq olduqca da maraqlı və həyəcanlıdır. Bir üstünlüyü də var ki, uşaq vaxtı görmək istədiyimiz, ideal bildiyimiz bəzi məşhurlarla həmsöhbət olmaq, onlarla dostluq etmək, ünsiyyət saxlamaq da başqa hissdir. Mənimçün televiziya həm də sevgim, həyatım, gələcəyim, övladlarım deməkdir. Axı mən həyat yoldaşımla məhz televiziyada işləyərkən tanış olmuşuq. İş yoldaşlarımız toyumuzda yaxından iştirak ediblər. Hər səhər uşaqları bağçaya qoyub işə qaçırıq. Bəzən uşaqları televiziyaya aparırıq. İnanın ki, bəzən bu beş il kino lenti kimi gözümün qarşısından keçir. Nə bilim, təkcə onu deyə bilərəm ki, televiziya mənimçün arzularımızn reallaşdığı sehrli bir məkandır. Ona görə də, hesab edirəm ki, yaşamaq gözəldir. Buna əmin olmaq istəyirsiniz? Onda həftə içi hər gün, saat 14:00-da "Yaşamaq gözəldir"i izləməyi unutmayın.
"Yaşamaq gözəldir" Azərbaycan televiziya məkanında ilk layihədir ki, üç il ərzində həftə içi hər gün öz tamaşaçılarına sağlam həyat tərzi, zərərli vərdişlərdən uzaqlaşmanın yollarını öyrədir. Müddət ərzində ölkəmizin və yaxın xaricin bütün məşhur həkimləri verilişin qonağı olublar. May ayından verilişdə həm vizual, həm də yaradıcılıq baxımından bir az dəyişiklik ediləcək. Verilişi istedadlı həmkarım Murad Haşımovla birgə aparacağıq. Tibb sahəsində maarifləndirmə ənənəsi davam edəcək. Biz tamaşaçılarımıza həm də sağlam qidanın hazırlanmasından danışacağıq, aksiyalar çərçivəsində ödənişsiz tibbi müayinələr və s. həyata keçirəcəyik. Biz bütün tamaşaçılarımızı bu layihədə fəal iştirak etməyə dəvət edirik, axı Uca Yaradan bizə yalnız bir ömür bəxş edib və biz bu ömür payından düzgün və lazımi qaydada istifadə etməyi öyrənməliyik.
- Məsuliyyətli sınaq qarşısındasınız. Mayda daha geniş tamaşaçılarınız olacaq. Hansı hissləri yaşayırsınız?
- Bilirsiniz, bəlkə də bu, bir az gülməli səslənər, amma Kanal S-in 5 illlik fəaliyyəti gözlərim qarşısındadır. Odur ki, indi özümü imtahana hazırlaşan övladın anası kimi hiss edirəm. Öz məsuliyyətim bir yana, Region TV-nin daha geniş yayım əhatəsinə malik olması məni bir az da həyəcanlandırır. Sizə bir sirr də açım, kanalımızı həmişə digər kanallara qısqanmışam, digər kanalların uğuruna sevinmişəm desəm, yalan demiş olaram (gülümsəyir). Özümüzü həmişə birinci görmüşəm və 100 faiz məsuliyyətlə deyə bilərəm ki, Region TV-də birinci olacaq!
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Şou-biznes
Azərbaycanlı teleaparıcı: "Bəlkə də sevgi hissi..." - FOTO
21 Aprel 2014 17:55
0 Şərh
Baxış: 2 486
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Uşağınızda öz fikrini formalaşdırmağın YOLLARI
- Bunlar sübut edir ki, helikopter... - "Əgər havada vurularaq yerə düşmüş olsaydı..." - VİDEO
- Moskvada azərbaycanlılara məxsus restoran yanıb - VİDEO
- Qarğıdalı alanda bunlara DİQQƏT EDİN
- İranın Bakıdakı səfirliyində matəm kitabı açılacaq
- Ərdoğan Rəisinin vəzifəsini yerinə yetirən Müxbirlə danışdı
- Yeganə Axundova Talinn şəhərində konsert proqramı ilə çıxış edib - FOTOlar
- Xorvatiya millisinin AVRO-2024 üçün heyəti açıqlandı
- ABŞ və İran arasında gizli danışıqlar - Təfərrüatlar AÇIQLANDI
- Benzinlə işləyən avtomobilə dizel vuruldu - Maşın bu hala düşdü - VİDEO
- Rəisini daşıyan helikopterdəki bir nəfər qəzadan sonra 1 saat sağ qalıb - FOTO
- "Onu 40 il gözləmişəm"
- Hüseyn Əmir Abdullahiyan kimdir? - 60 yaşlı nazirin FACİƏLİ SONU
- Ərdoğan İlham Əliyevə zəng edib
- Ən qəddar cinayətkarın keçmiş arvadı münasibətlərindən DANIŞDI
- Hidayət tarix yazdı - Dünya çempionu! - FOTO
- Türkan canlıda Vəfaya SATAŞDI: "Ağzınızı cıraram..." - VİDEO
- İranda prezident seçkilərinin keçiriləcəyi tarix açıqlandı
- İranda qəzada ölən valinin yerinə TƏYİNAT
- Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər
- Corcina Ronaldo ilə yataqdan fotosunu paylaşdı - FOTO
- İran səfirliyinin önünə gül dəstələri düzüldü - FOTO
- Türkiyəli nazir: Rəisinin vertolyotunda siqnal sistemi ya sönülü olub, ya da ümumiyyətlə olmayıb
- Xalq artisti: "Həmin rəqqasələr pula görə özlərini alçaldırlar"