Şou-biznes

Bakıda gənc Dj-lər hər kəsi coşdurdular - FOTO

18 Aprel 2014 12:20
0 Şərh     Baxış: 948
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda DJ-lərin festivalı

Ötən əsrin əvvəllərində yaranan disk-jokey, yəni di-cey sənəti xaricdə yetərincə inkişaf edib və incəsənətin,  şou-biznesin ayrılmaz qoluna çevrilib. Elə Azərbaycanda da gənclər arasında az bir zamanda populyarlaşan DJ sənəti böyük maraga səbəb olur.

Milli.Az xəbər verir ki, Park Bulvar AVM-də DJ Same DJ Rimas qatıldıqları festivalda ən son musiqiləri ilə insanları sevindirdilər. Qeyd edək ki,  Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutan festival bir gün boyunca davam edib. Müxtəlif saatlarda insanların qarşısına çıxan DJ-lər bu tipli tədbirlərin əslində gənclərin DJ sənətinə "dırnaqarası" sənət kimi baxmamalarını aşıladagını bildirdilər.

Tam əksinə, bu sənətin gənclərin asudə vaxtlarının təşkilində mühüm rol oynaması və ən əsası - onların pis vərdişlərə aludə olmaması üçün  belə layihələrin vacibliyini vurğuladılar. DJ-lər gəncləri maraqlandıran sualları da cavablandırıblar. Sənətin görünməyən tərəfləri haqda məlumat veriblər. DJ sənətinə gənclərin asudə vaxtlarının təşkili sənəti kimi baxmasına və maraqlı DJ yarışmasına xidmət edən layihə ugurla başa çatıb.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.