Prodüser Tarix Əliyev (Tolik) xalq artisti Aygün Kazımovadan bəhs edib.
Milli.Az Axşam.az-a istinadən bildirir ki, prodüser onun ünvanına kiminsə xoşagəlməz söz deməsinə heç zaman icazə verməyəcəyini bildirib: "Hansısa "cücə", Aygün xanıma söz atsa, dərhal cavabını verərəm. Amma onunla xalq artistləri Brilliant Dadaşova və Zülfiyyə Xanbabayeva arasındakı söhbətlərə qarışa bilmərəm. Bu mənə düşməz".
"Deyilənə görə, bu söz-söhbətlər Zülfiyyə Xanbabayeva ilə aranızda inciklik yaranmasına səbəb olub" sualına isə Tolik belə cavab verib:
"Zülfiyyə xanımın prodüseri ilə yenicə danışmışam. Aramızda heç bir problem yoxdur. Ona böyük hörmətim var. Zülfiyyə Xanbabayevanın xanımlığını sevirəm".
Tolikin sinəsindəki gözmuncuğu da diqqətdən qaçmayıb: "Bunu mənə bir xanım hədiyyə etdi. Dedi ki, tax, sənə göz dəyməsin".
Milli.Az