Məşhur azərbaycanlı prodüser: "Hansısa cücə söz atsa..."

5 Aprel 2014 21:01

Prodüser Tarix Əliyev (Tolik) xalq artisti Aygün Kazımovadan bəhs edib.

Milli.Az Axşam.az-a istinadən bildirir ki, prodüser onun ünvanına kiminsə xoşagəlməz söz deməsinə heç zaman icazə verməyəcəyini bildirib: "Hansısa "cücə", Aygün xanıma söz atsa, dərhal cavabını verərəm. Amma onunla xalq artistləri Brilliant Dadaşova və Zülfiyyə Xanbabayeva arasındakı söhbətlərə qarışa bilmərəm. Bu mənə düşməz".
 

"Deyilənə görə, bu söz-söhbətlər Zülfiyyə Xanbabayeva ilə aranızda inciklik yaranmasına səbəb olub" sualına isə Tolik belə cavab verib:
 

"Zülfiyyə xanımın prodüseri ilə yenicə danışmışam. Aramızda heç bir problem yoxdur. Ona böyük hörmətim var. Zülfiyyə Xanbabayevanın xanımlığını sevirəm".

Tolikin sinəsindəki gözmuncuğu da diqqətdən qaçmayıb: "Bunu mənə bir xanım hədiyyə etdi. Dedi ki, tax, sənə göz dəyməsin".
 

Milli.Az