Şou-biznes
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təranə Qumral: "Qeyrətin haradadır, ay Musa?" - YENİLƏNİB - VİDEO
16 Aprel 2013 14:47
14 Şərh
Baxış: 49 948
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
14:47
Müğənni Təranə Qumral keçmiş həyat yoldaşı Musa Musayevlə aralarında yaranmış qalmaqaldan Lent. az-a danışdı.
- Musa ilə niyə boşandınız?
- Musadan boşanmağımın əsl səbəbi, onun külli miqdarda borcunun olması idi. Adamın nə qədər borcu olar? Borc ödəməkdən yorulmuşdum.
- Keçmiş həyat yoldaşınız Musa Musayev iddia edir ki, sizi şəmkirli biznesmenlə bir yataqda tutub. Buna münasibətiniz. O biznesmenin adını deyə bilərsiz?
- Biznesmenin adı yoxdur. Bütün Şəmkir qalxıb ayağa. Onların hamısı biznesmendir. Göstər, kimdir o adam? Hansı biznesmendir? O mənə şər atır. Adama deyərlər, əgər məni tutmusansa, niyə öldürmədin? Tüfənglə gəlmisənsə, niyə vurmadın? Bəs sənin kişiliyin, qeyrətin haradadır, ay Musa? Mən güclü qadınam. Məni sındıra bilməzlər. Bütün sosial şəbəkədə qardaşları müsahibə verir. Gördünüz ki, mən özüm heç bir müsahibə vermədim. Heç öz qardaşıma və bacıma da imkan vermərəm ki, məsələ ilə bağlı bir fikir söyləsinlər.
- Bu xəbərlər mediada dərc olunandan sonra Musa ilə əlaqə saxladınızmı?
- Hə, ona dünən bir neçə dəfə zəng elədim. Amma zənglərimə cavab vermədi.
- Barışmağınız mümkündürmü?
- Mən demirəm, Musanı sevmirəm. Yenə deyirəm, mən Musanı sevirəm. Gələcəkdə də barışmaq haqda bir söz deyə bilmərəm, çünki uşaqlarımız var.
- Övladlarınız bu məsələ ilə bağlı sizdən nəsə soruşdular?
- Heç nə demədilər. Övladlarım neynəyəcəklər ki? Sarsıntı keçirdilər, şoka düşdülər. Övladlarım bilirlər ki, atalarının psixoloji sarsıntıları var.
- Bəs bu məsələ haradan qaynaqlandı?
- Deyim də, Musa öz xalası qızını boşayıb, məni alıb. Elə həmin gündən sonra hamısı mənə qarşı çıxıblar. Mənim uşaqlarım da bilirlər ki, bu, Musanın işi deyil. Musanın qardaşının və anasının işidir. Musa ömür boyu mənə "Mələyim" deyib. O, heç zaman məni adımla çağırmayıb.
- Musa Musayevin qardaşı bizə müsahibəsində "Musa Azərbaycanda hamının tanıdığı və əxlaqsız bir qadını özünə arvad elədi" deyə məsələyə münasibət bildirib. Bununla bağlı nə deyərdiniz?
- Nə olsun ki, Təranə xanım müğənnidir? O, birinci, getsin, öz ailəsinə baxsın, sonra danışsın. Ataların bir məsəli var: Quyruqlu qoyun öz quyruğunu qorusun. Əxlaqsız onun arvadı və gəlinidir. Musa bu cür danışıqlara şərait yaradırsa, nə deyim?
- Polisə müraciət etmisiniz?
- Yox. Mən polisə müraciət etməmişəm. O, mənim övladımın atasıdır. Gözləyəcəyəm. Məndən üzr istəsə, onu bağışlayacağam. Axı mən onu sevirəm. Üzr istəməsə, mənə şər atdığına görə nə tədbirlər lazımdırsa, haraya müraciət etmək lazımdırsa, mütləq edəcəyəm. Bunu bilsinlər.
----------
13:23
Xəyanətdə ittiham olunan müğənni Təranə Qumral bu gün yeni açıqlamalarla çıxış edib.
"Qafqazinfo" xəbər verir ki, ANS-in efirinə qoşulan sənətçi dünən mətbuata açıqlama verən əri Musa Musayevin xəyanət ittihamlarını cavablayıb.
Xanım müğənni hələ də Musa Musayevlə bir yerdə yaşadığını qeyd edib:
"Mən həyatda bir kişi sevmişəm. O da Musadır. Biz əsrin Leyli-Məcnunu olmuşuq".
5 yaşlı qızının anası Təranə Qumralı xəyanət başında yaxaladığını deyən Musa Musayev Təranənin açıqlamalarına münasibət bildirdi.
Musa Musayev Anspress-ə müsahibəsində Təranə Qumralın "Mən hələ də Musanı sevirəm" açıqlamasına belə cavab verdi: "Onun sevgisi yalan və cəfəngiyyatdan başqa bir şey deyil. Təranə çox aferist qadındır. Mənim sevgimdən istifadə etdi. Mənim 16-17 ilimi əlimdən aldı. Məndən, adımdan, sənətimdən istifadə edib özünə karyera qurdu.
Təranə məndən yetərincə istifadə etdi. İndi mənim heç nəyim yoxdur. Hər şeyi ona qoyub çıxmışam. Toylardan nə qazanmışıqsa, birlikdə qazanmışıq. Qazandığımız pullardan mənə 20 manat verirdi. Mən bəyəm 20 manatlıq kişiyəm?"
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
"Komedixana" bu obrazla rekord qırdı - "Bığlı gözəl" KİMDİR? - FOTO
-
Əməkdar artistin göz yaşları "SEL OLDU" - VİDEO
-
"Mən 1000, o yarım saatlıq toya 2000 manata GEDİR"
-
Əməkdar artist: "Qanı, geni azərbaycanlı deyil"
-
"Friends"in ulduzundan serialla bağlı diqqətçəkən AÇIQLAMA - FOTO
-
Ələkbər Yasamallının gənc qızla görüntüsü MÜZAKİRƏ YARATDI - VİDEO
XƏBƏR LENTİ
-
Evlilikdə ən sadiq qalan 3 bürc
-
Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib - FOTO
-
Meteor yağışı olacaq
-
"Komedixana" bu obrazla rekord qırdı - "Bığlı gözəl" KİMDİR? - FOTO
-
Qurban Qurbanovun yeni biznesi: Açılışa onlar gəldi
-
Bakıda hansı ərazilərdə evlərin qiyməti daha çox artdı?
-
Tanınmış idmançı güllələndi
-
“Hayal Kahvesi”ndə vaxtı keçmiş məhsullar aşkarlandı - FOTO
-
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili barədə rəsmi açıqlama
-
KOBİA-da Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
-
Qızıl almaq istəyənlər üçün VACİB XƏBƏR
-
Yayılan virusla bağlı ÜST-dən açıqlama
-
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib - FOTO
-
“Türk xalqlarının təsviri sənətində qlobal və lokal diskurslar” adlı beynəlxalq elmi dəyirmi masa - FOTO
-
Əməkdar artistin göz yaşları "SEL OLDU" - VİDEO
-
"Ziraat Bank Azərbaycan" "Human vs AI" mövzusunda tədbirə dəstək oldu
-
Trampdan gözlənilməz etiraf - "Səni sevirəm..."
-
6 ölkədən 1100-dən çox iştirakçı - Bakıda beynəlxalq sənət festivalı
-
İkinci övladının dünyaya gəldiyini belə öyrəndi - VİDEO
-
Buna görə milli komandadan QOVULDU - VİDEO
-
Bakıda məşhur restoranda insanlara at əti YEDİRİRMİŞLƏR - RƏSMİ
-
Çingiz Əhmədov və oğlu da təltif edildi
-
Azərbaycanda su xəttində QƏZA - Ətrafı su BASDI
-
Qəbiristanlığa atılan azyaşlının atası tapıldı