Şou-biznes

Tanınmış rus reperə cinayət işi açıldı

2 Dekabr 2025 10:40
Baxış: 59
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada "xarici agent" siyahısına daxil edilən məşhur reper Face (İvan Dremin) barəsində rəsmi şəkildə cinayət işi qaldırılıb.

Milli.Az-ın Rusiya KİV-lərinə istinadən məlumatına görə, reperlə bağlı ittiham sənədləri artıq Ufa məhkəməsinə təqdim edilib.

Qeyd olunur ki, Face 2022-ci ilin aprelində Rusiya Ədliyyə Nazirliyi tərəfindən "xarici agent" kimi tanınıb. Hazırda ölkədən kənarda yaşayan ifaçı haqqında federal axtarış elan olunub.

Mətbuatda yazılır ki, o, 2022-ci ildən bəri sosial şəbəkə hesablarında "xarici agent" statusunu göstərmədiyinə görə dəfələrlə inzibati cərimələr alıb. İndi isə reperin bu tələbləri sistematik şəkildə pozması cinayət məsuliyyəti ilə nəticələnib.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.