Şou-biznes

Bəstəkar son mənzilə yola salındı: göz yaşları "sel oldu" - VİDEO

9 İyul 2025 17:32
Baxış: 3 331
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəbər verdiyimiz kimi, bəstəkar Ruslan Əhmədoğlu Türkiyədə qəfil vəfat edib.

Milli.Az xəbər verir ki, mərhumun son mənzilə yola salınma anları görənləri duyğulandırıb.

Onunla vida mərasiminə tanınmış simalar incəsənət və şou əhli, vəzifəli şəxslər, yaxınları və dostları axın ediblər.

Bəstəkarın anasının fəryadı isə ürəkləri dağlayıb.

Qeyd edək ki, Ruslan Əhmədoğlu Abşeron rayon İcra Hakimiyyəti Arxiv İdarəsinin rəisi vəzifəsində çalışıb, həmçin bəstəkar kimi sevilən mahnıların müəllifi idi.

Allah rəhmət eləsin!

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.