Aktyorlar Halit Ergenç və Rıza Kocaoğluna hökm oxunub.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, aktyorlara menecerləri Ayşe Barıma qarşı "Gezi Parkı" istintaqı çərçivəsində "yalan ifadə verməsi" iddiası ilə mühakimə olunduğu iş üzrə hökm çıxarılıb.
Məhkəmənin hökmü ilə Ergenç 1 il 10 ay 15 gün, Kocaoğlu isə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ilk məhkəmə iclası mayın 9-da keçirilmişdi.
Fidan
Milli.Az