Şou-biznes

Osman Sınavla vida mərasimində təsirli anlar - VİDEO

22 Mart 2025 20:56
Baxış: 1 044
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün türkiyəli məşhur rejissor Osman Sınavla vida mərasimi keçirilib.

Milli.Az xəbər verir ki, onu son mənzilə yola salmağa gələnlər arasında ailə üzvləri, yaxınları və tanınmış aktyorlar olub. 

Aktyor Kenan İmirzalıoğlu da vida mərasiminə qatılıb. O atasının vəfatına görə göz yaşları axıdan Yusuf Ömer Sınavı təsəlli etməyə çalışıb. Həmin an aktyor özü də ağlayıb. 

Vida mərasimindən  lentə alınan kadrlar sosial şəbəkələrdə yayılaraq izyləyicilərin də göz yaşına səbəb olub. 

Xatırladaq ki, Osman Sınav iki gün əvvəl 69 yaşında vəfat edib. O, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

O "Kurtlar vadisi", "Acı hayat", "Deli yürek", "Sen anlat Karadeniz", "Ekmek teknesi" kimi məşhur serialların rejissoru olub. (baku.ws)

Milli.Az

c

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.