Şou-biznes

Sertab Ereneri məhkəməyə verdilər

20 Mart 2025 15:11
Baxış: 394
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin tanınmış müğənnisi Sertab Erenerə qarşı məhkəmədə iddia qaldırılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ifaçı özünə aid mahnıları "YouTube" kanalında icazəsiz paylaşmaqda ittiham olunur.

Belə ki, musiqi prodüser şirkəti İstanbul Əqli Mülkiyyət Məhkəməsinə müraciət edərək, "Lal" və "Sakin Ol" adlı albomların rəqəmsal platformada icazəsiz paylaşıldığını iddia edib.

Şirkət sözügedən albomların müəllif hüquqlarının özünə məxsus olduğunu bildirir. 60 yaşlı sənətçidən mahnıları platformadan silməsi və bir daha orada yerləşdirməməsi tələb edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.