Şou-biznes

Aleyna Tilkinin şəxsi məlumatları ələ keçirildi - Fotolarını yaydılar...

14 Mart 2025 14:15
Baxış: 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur müğənni Aleyna Tilkinin şəxsi məlumatlarının oğurlanması və şantajla əlaqəli işdə yeni məlumatlar üzə çıxıb.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, İbrahim Y. adlı şəxs Aleyna Tilkinin şəxsi məlumatlarını qanunsuz yolla əldə edərək, sosial media vasitəsilə müğənninin ailəsinə və köməkçisinə göndərib.

İttiham olunan şəxs məhkəmədə verdiyi ifadəsində Aleyna Tilkinin məlumatlarının oğurlandığını öyrənəndən sonra ona kömək etmək məqsədi ilə mesaj göndərdiyini bildirmişdir. Lakin Aleynanın köməkçisi mesajlarda 16-17 yaşlarında olan şəkillərin və şəxsi məlumatların olduğunu açıqlayıb.

İş üzrə mühakimə davam edir və dövlət ittihamçısından rəy hazırlanması tələb edilib.

4 ilə qədər həbs cəzası ilə mühakimə edilən İbrahim Y.-nin taleyi yaxın zamanlarda müəyyən ediləcək.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.