Şou-biznes

Evində ölü tapılan "Oskar"lı aktyor və həyat yoldaşının ölüm səbəbi bilindi

8 Mart 2025 22:45
Baxış: 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Oskar" mükafatı laureatı, 95 yaşlı amerikalı aktyor Cin Hekmən və həyat yoldaşı 64 yaşlı Betsi Arakavanın ölüm səbəbi məlum olub.

Milli.Az xəbər verir ki, ekspertizanın nəticəsi Arakavanın hantavirusdan öldüyünü altsheymer xəstəsi olan ərinin isə bir həftə sonra ürək tutmasından öldüyünü müəyyənləşdirib.

Ehtimal ki, aktyorun xəstəliyi ona arvadının öldüyünü anlamağa imkan verməyib. Onlar ayrı-ayrı otaqlarda ölüblər.

Arakavanın fevralın 11-də, Hekmənin isə 18-də öldüyü təxmin edilir. Onlarla birlikdə itləri də ölü tapılıb.

Qeyd edək ki, hantavirus ABŞ-da yayıılmış nadir xəstəlikdir.

Xatırladaq ki, onların meyiti ABŞ-nin Nyu-Meksiko ştatının Santa Fe şəhərindəki evlərində aşkarlanıb. /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.