Şou-biznes

"Qızımla rəfiqə ola bilmirəm"

8 Mart 2025 08:56
Baxış: 653
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ailə həyatı qurandan sonra danışmaq öyrəndim. Bunu etiraf edirəm. Böyüdüm, bu başqa. Özümü uşaqlarla böyütdüm, mənə sərf etdi. Həyata onların pəncərəsindən baxmaq başqadır".

Milli.Az xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova "İncə səhər" verilişində deyib. Sənətçi övladlarından danışıb: 

"Qızımla rəfiqə ola bilmirəm. Unutmamalıdır ki, qarşısındakı anasıdır. Rəfiqələri olacaq, mən ola bilmərəm. Mən ona doğru yolu göstərməliyəm. Nəyisə rəfiqə alqışlayar. Mən isə doğru nəsə görməsəm, alqışlaya bilmərəm. Hər zaman deyirəm ki, unutmayın, ananzam. Nə etsəniz də, səhvlərinizlə mənim qapıma gələcəksiniz. Sizi qəbul edəcək insan ailənizdir. Rəfiqə, qohum, qonşu sizi mənim sizi bağrıma basdığım kimi basa bilməz". (Axşam.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.