“Onun bu hərəkəti hörmətsizlikdir” - Mehribanlar arasında qalmaqal
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İllərlə bu teatrın səhnəsində püxtələşmiş, müxtəlif obrazlarla tamaşaçıların sevgisini qazanmış sənətkarlar var. Belə olduğu halda, Mehriban Ələkbərzadənin başqa teatrdan aktrisa gətirməsi nə dərəcədə doğrudur? Bizdə aktrisa qıtlığı var?"
Milli.Az xəbər verir ki, bu sözləri Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Mehriban Xanlarova kulis.az-a açıqlamasında deyib:
"1998-ci ildən bu günə qədər 27 ildir ki, Azdramada külüng vururam. Bu teatrın səhnəsində, kulisində, tamaşalarında keçən illərim mənim sənətə və Azdramanın dəyərlərinə bağlılığımı sübut edir. Bu səbəbdən hər hansı bir məsələ ilə bağlı öz fikrimi bildirmək haqqına sahibəm. Azdrama-da hər yaş qrupuna aid peşəkar aktyor və aktrisalar var. İllərlə bu teatrın səhnəsində püxtələşmiş, müxtəlif obrazlarla tamaşaçıların sevgisini qazanmış sənətkarlarımız var. Belə olduğu halda, Mehriban Ələkbərzadənin başqa teatrdan aktrisa gətirməsi nə dərəcədə doğrudur? Bizdə aktrisa qıtlığı var? Əlbəttə ki, yox!".
Onun sözlərinə görə, Mehriban Ələkbərzadənin başqa teatrlardan aktrisalar gətirməsi Akademik Milli Dram Teatrına illərini verən sənətçilərə hörmətsizlikdir:
"Azdrama-nın səhnəsində illərdir parlayan, müxtəlif janrlarda özünü sübut etmiş
yetərincə istedadlı aktrisa var. Niyə onların zəhməti, potensialı nəzərə alınmır? Bu teatrın sənətkarlarını kənarda qoyub başqa teatrdan aktrisa axtarmaq, burada çalışanlara hörmətsizlikdir. Azdramanın aktyor və aktrisalarına layiq olduqları dəyər verilməlidir! Onların çəkdiyi zəhmət və səhnədə qazandıqları təcrübə gözardı edilməməlidir. Teatrda seçimlər şəxsi yanaşmaya yox, aktyorun istedadına və teatrın prinsiplərinə əsaslanmalıdır! Mənim Mehriban Ələkbərzadə ilə heç bir şəxsi qərəzim yoxdur və bilirəm ki, onun da mənə qarşı heç bir şəxsi qərəzi yoxdur. Lakin bu məsələyə biganə qala bilmərəm. Çünki mən bu teatrda illərimi vermişəm, səhnəsində çalışmışam, tamaşalarına həyat vermişəm. Bu səbəbdən, söz haqqım var və öz fikrimi açıq şəkildə bildirməkdən çəkinmirəm".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“İldə 45 günümüz bilmədən ömrümüzdən gedir” - Əbdül Xalid
-
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
-
Dünyanın ən çirkli ölkələri: Azərbaycan neçənci yerdədir?
-
Xəzər dənizində naməlum varlıq göründü - (Video)
-
Bakıya nə zaman qar yağacaq? - açıqlama
-
"Kurtlar Vadisi" geri dönür
-
İşə gedərkən itlərin hücumuna məruz qaldılar - (Video)
-
Günün qoroskopu: İntuitiv duyğularınızın çox güclü olduğu bir gündür
-
Gəncədə qəza olub, xəsarət alanlar var
-
Elçin Zehra İrem həmkarı ilə eşq yaşadığını elan etdi - (Foto)
-
Qubada ağır qəzada ölən gəncin fotosu - Yenilənib
-
Biotin qəbul edənlərə çağırış - (Video)
-
“Elə bil, pomidor-xiyarı Marsda yetişdirib gətirirlər” - Aytən Səfərova
-
Bazarda "yaş" adı ilə suya salınmış qoz satılır - (Video)
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto/Video)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)





