Şou-biznes

Ajda Pekkan məhkəməyə verildi

14 Fevral 2025 16:07
Baxış: 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli müğənni Ajda Pekkan Bodrumdakı dördmərtəbəli dəbdəbəli villasının təmirinə görə qonşuları ilə məhkəməlik olub.

Milli.Az xəbər verir ki, ifaçının evində artıq bir ildir davam edən təmir işləri bölgə sakinlərinin narazılığına səbəb olub. Dekorasiya ilə məşğul olan 10 nəfərlik komandanın işi və hər gün gəlib-gedən yük maşınlarının yaratdığı səs-küy qonşuların şikayətinə yol açıb.

Səmt rəhbərliyi uzunmüddətli təmir işlərinin narahatlıq yaratdığını əsas gətirərək, Pekkana qarşı məhkəmə iddiası qaldırıldığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.