Şou-biznes

Röyadan “Sevgililər Günü” ndə sevib-sevilənlərə yeni sürpriz - VİDEO

14 Fevral 2025 15:38
Baxış: 793
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sevgi nəğmələrinin təkrarolunmaz ifaçısı, Azərbaycanın Xalq artisti Röya Ayxan 14 Fevral - "Sevgililər Günü" ndə sevib-sevilənlərə yeni sürpriz edib.

Milli.Az xəbər verir ki, bu il səhnə fəaliyyətinin 25 illiyini qeyd edən,  pop - kraliçanın "Elə bilmə" adlı yeni mahnısı və klipi məhz "Sevgililər Günü"  sevənlərinin ixtiyarına verilib. 

Hər kəlməsi sevənlərin ürəyini riqqətə gətirən mahnının sözləri Orxan Mürvətliyə, musiqisi Tərlan Məmmədhüseynova məxsusdur. 

Estrada ulduzunun ekran işini bu dəfə qardaşı İsmail Zade ərsəyə gətirib. Klipin üzərində Türkiyədən olan peşəkar komanda çalışıb. Bütün geyimlər və aksessuarlar xüsusi olaraq hazırlanıb. 

Yeni mahnı  və klip Röya Ayxanın yutub və bütün rəqəmsal platformalarında yerləşdirilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.