Xəbər verdiyimiz kimi, "Avroviziya 2025" yarışmasında ölkəmizi "Mamagama" qrupu təmsil edəcək.
Milli.Az xəbər verir ki, "Sabahın xeyir, Azərbaycan" verilişinə qonaq olan müsabiqənin Azərbaycan nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova bir çox sualları cavablandırıb. O bildirib ki, yarışmada təmsilçilərimizin səsləndirəcəyi mahnı artıq hazırdır:
"Klip də çəkilib, montaj prosesi davam edir. Təqdimat yaxın günlərdə olacaq. Bəzi məqamları sürpriz saxlayırıq. Bizə olan inam artacaq. Bu mahnı "Mamagama"nın məhsuludur. Müəllif özləridir. Məqsədim odur ki, neçə ildir finala keçməmək karmasını dağıdım. Mahnıda xüsusi bir hissə var. Bunu anons edirəm ki, həyəcanla gözlənilsin".
Nurlana əlavə edib ki, klip 20-25 fevral tarixləri arasında təqdim ediləcək.(Axşam.az)
Milli.Az