"Dedi ki, ona nəsə olsa, səni respublikadan köçürəcəyəm"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xalq artisti Afaq Bəşirqızı "Bəxt üzüyü 2" filmindən danışıb.
Milli.Az xəbər verir ki, bu barədə sənətçi "Pərvizə görə"də açıqlama verib. O bildirib ki, ikinci film birincinin davamı deyildi:
""Bəxt üzüyü 2" birincinin ardı deyildi. Vaqif Səmədoğölunun 65 illik yubileyi idi. Onu yad etmək üçün çəkildi. Uşaqların ona olan diqqəti və hörməti idi. Mənə dedilər, mən də qəbul etdim. Vaqif Səmədoğlu mənə şəxsən demişdi ki, əgər "Bəxt üzüyü"nün ikinci hissəsinin çəkilməsinə razılıq versən, bizim dostluğumuz olmayıb. Mən "Bəxt üzüyü"nə çəkilməmişəm ki, simvolik ad idi, orda da yazılmışdı, Vaqif Səmədoğlunun əziz xatirəsinə, 65 illik yubileyinə həsr olunur. Orda Söylü və Moşunun sadəcə adları idi. Mən Söylü kimi geyinmədim, davranmadım. Sadəcə ləhcəsi qalmışdı. Tahir və Cabir qardaşlar daha fəal idi. Nə olsun? Mən bu uşaqlara nəyləsə kömək etməliydim? Etməliydim. Firəngiz rəhmətlik gəldi, xatirə kimi qaldı. Biz Vaqif Səmədoğlunun "Bəxt üzüyü"nü çəkməmişdik. Ssenarini də başqa adam yazmışdı, ifalar da başqa idi. Hətta orada Mübariz Tağıyevin "Dəyişir zaman" ifası mənim ən xoşuma gələn mahnıdır. Ondan istifadə etmək olardı da. Heç uşaqlar ondan da istifadə etmədi. Allah şahiddir ki, "Bəxt üzüyü"nü yazmışdı və mənə ixtiyar vermişdi ki, sənin improvizələrinlə bu tamaşa olacaq. Çünki bu, əvvəl Şəki teatrında qoyulmuşdu. Rəhmətlik Tükəzban xanımın yanında Qazax ləhçəsi öyənmişəm, onun geyimindən, danışığına qədər... Bəzi rejissorlar deyiblər ki, mənim qarşımda improvizə etmək olmaz. İndi haqq dünyasındadırlar. Lakin bu, hamısı mənim improvizələrim idi. Bu da borcum idi. Kinonu artistlər kino etdilər. Öldük, qabıq qoyduq. Mənim əlimdəki saz rəhmətlik Zəlimxan Yaqubun idi. Demişdi ki, bu sazı sənə verirəm, amma ona nəsə olsa, səni respublikadan köçürdəcəyəm. Birdən-birə improvizə əmələ gəldi ki, mən ayağımı stola vurdum, arxaya getdim. Uzanan yerdə fikirləşdim ki, ay Allah, Zəlimxanın sazıdır, dınq etdim gördüm səsi çıxır, şükür etdim, başımın üstünə qoydum. Sizin o gülüşlərinizin yaranma tarixidir bunlar. Bunu gərək heç kim danmasın. Hər kəs hər kəsin zəhmətini qiymətləndirməlidir. Vurmaq lazım deyil. O uşaqlar filmi Vaqif Səmədoğlunun xatirəsinə çəkdilər, çox da yaxşı film alındı. Rafael Dadaşovu xatirəmizdə saxladıq, Firəngiz Rəhimbəyovadan da yadigar qaldı. Həyat yoldaşı zəng edib ki, filmi göndərin, burada tərcümə etmək istəyirəm. Demək istəyirəm ki, hər şeyi baltalamayaq, ona görə bu günə qalmışıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
ABŞ gəmisi vuruldu - 8 hərbçi yaralandı
-
Bu il neçə köhnə cinayətin üstü açılıb? - Baş prokuror açıqladı
-
Zelenski hücumda ölən azərbaycanlı Abbasla bağlı başsağlığı verdi
-
Yasamalda yaşıllığı məhv edərək hotel tikirlər? - (Video)
-
Tramp süni intellektlə bağlı bəyanat verəcək
-
Əsgərlər hansı hallarda xidməti başa vurmadan evə qayıda bilər?
-
Azərbaycanlılara qarşı müharibə cinayəti törədənlərə layiqli cəzalar verilib - Baş Prokuror
-
Vətən müharibəsi qazisi, tanınmış aşpaz vəfat etdi
-
Kiyevdə dron hücumu zamanı azərbaycanlı öldü - (Foto)
-
Milli Məclisdə 16 mühüm məsələ müzakirə olunacaq
-
Yük maşını sürücülərinə xəbərdarlıq: Bunları etməyin
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
Estetik əməliyyat sonra paylaşımı gündəm oldu: “Zənginsinizsə, çirkin deyilsiniz!”
-
Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - Dosye
-
İstanbul su altında qaldı - (Video)
-
Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib
-
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - Sərəncam
-
Bakıda yeni tunel tikiləcək: Nəqliyyatın hərəkəti dəyişdirilir - (Video)
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
-
Qızıl ucuzlaşdı
-
Azərbaycanda 3 günlük istirahət olacaq - Tarixlər
-
Rusiya ordusunun itkiləri açıqlandı
-
Maaşınız bu məbləğdən çoxdursa, verginiz dəyişəcək - Yeni qayda
-
Almatıda zəlzələ oldu





