Şou-biznes

Xalq artistinin son vəziyyəti açıqlandı

29 Yanvar 2025 23:24
Baxış: 1 071
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atamın vəziyyəti kritik olaraq qalır. Danışmır, yaxınlarını tanımır".

Milli.Az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova deyib.

"Sonuncu dəfə məni və oğlumu çətinliklə tanıdı. Yaddaşı tamamilə itib. İnsultdan sonra əlinin biri işləmir. Ağız əyilməsi var idi, indi bir az düzəlib. Səbirsizliklə düzəlməsini gözləyirik" deyə, A.Həsənova bildirib.

Qeyd edək ki, aktyor yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. (Musavat.com)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.