Şou-biznes

Rejissoru aldadıb 25 minini aldı - müğənninin əridir - FOTOlar

13 Yanvar 2025 18:27
Baxış: 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rejissor Emin Muradova qarşı dələduzluq edilib.

Milli.Az bildirir ki, bu barədə sənətçi özü məlumat yayıb. O bildirib ki, Süleyman Ağakişiyev adlı şəxs onun evinin təmirini öz öhdəsinə götürsə də, işləri yarımçıq qoyub, ümumi təmirin 30 faizini yerinə yetirib. 

Muradovun iddiasına görə, S. Ağakişiyev tikinti materialları aldığı mağazaların da pulunu ödəməyib. Buna baxmayaraq, rejissor həmin şəxsə ümumulikdə 25 min manat ödəniş edib. 

İşlər yarımçıq və yaxşı görülmədiyi üçün əlavə zərərə uğrayıb. 

Ağakişiyevin fotosunu paylaşan rejissor polisə müraciət ünvanlayaraq bildirib ki, o, telefonlara cavab vermir və üzə çıxmır. 

Həmin şəxsi öncədən tanıdığını vurğulayan E. Muradov  Süleymanın həyat yoldaşının müğənnilik etdiyini, şou-biznes nümayəndəsi olduğunu desə də, xanımın adını açıqlamayıb. /Olay.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.