Şou-biznes

“Fədayə Zeynəb Xanlarovadan daha yüksəkdir”

12 Yanvar 2025 19:49
Baxış: 1 144
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni İlahə Fəda paylaşımı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, sosial media hesabında yayımladığı videoda qalmaqallı açıqlamalar verib.

İ. Fəda iddia edib ki, bacısı Fədayə Laçın Xalq artisti Zeynəb Xanlarovadan daha professionaldır:

"Mənə yazıblar ki, Flora Kərimova daha möhtəşəm sənətkardır, yoxsa Fədayə Laçın. Fədayə mənim bacımdır, özü də çox gözəl sənətkardır. Amma Flora Kərimova tamam başqa kateqoriyadır, başqa bir yerdədir o. Flora xanımla heç kimi müqayisə etmək olmaz. Məsələn, bacımla Zeynəb Xanlarovanı müqayisə edə bilərəm. Onunla müqayisə edəndə Fədayə Laçın daha yüksəkdir, daha professionaldır. Flora xanımla heç kimi müqayisə etmək olmaz". (olay)

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.