Şou-biznes

“Şrek”dəki Uzunqulağın prototipi olan eşşək 30 yaşında öldü

5 Yanvar 2025 08:24
Baxış: 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Shrek"dən ilham alınmış ən məşhur eşşək olan Perry 30 yaşında vəfat edib.

1994-cü ildə Nyu-Yorkda doğulmuş Perry adlı eşşək, 30 yaşında dünyasını dəyişib. Perry, 1990-cı illərdə polo atlarına emosional dəstək heyvanı kimi xidmət etmək üçün Stanforda gətirilmişdi. Lakin o, daha sonra məşhurlaşaraq Eddie Murphy tərəfindən səsləndirilən və "Shrek" filminin Donkey (Eşşək) obrazına ilham vermişdir. (Murphy bu roldan 3 milyon dollar qazanmışdı, Perry isə cəmi 75 dollar...) "Shrek" filmlərinin beynəlxalq uğuru sayəsində Perry dünya miqyasında tanınan cizgi obrazının gerçək həyatda simasına çevrilmişdi.

SFGATE, Perry ilə 2021-ci ildə, onun 26 yaşı olanda Palo Alto şəhərindəki Cornelis Bol Parkdakı evində tanış olmuşdu.

Qeyd edək ki, Uzunqulaq ilk hissəsi 2001-ci ildə çıxmış "Şrek" franşizasındakı eyniadlı baş qəhrəman olan yaşıl divin ən yaxın dostudur. Cizgi filmi dünya prokatında 487 milyon dollar qazanıb və "DreamWorks Animation" studiyasını böhrandan xilas edib.

2010-cu ildə Şrek Hollivudun Şöhrət xiyabanında ulduz alıb. 2020-ci ildə cizgi filmi ABŞ-nin əhəmiyyətli filmlər reyestrinə daxil edilib. 2024-cü ildə studiya hekayənin davam edəcəyini anons edib.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.