Şou-biznes

"Toyda dedi ki, haqqımı halal etmirəm"

4 Yanvar 2025 23:24
Baxış: 1 579
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Elgiz Əkbər musiqiçilərin pulunu kəsən müğənniləri tənqid edib.

Bu sözləri aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişində deyib.

"Toydan sonra dava düşmüşdü. Zərb alətlərindən birində ifa edən qadın musiqiçi məkanda əllərini göyə qaldırıb solistə dedi ki, sənə haqqımı halal etmirəm, Allah sənin bərəkətini qaçırsın və canından çəkəsən. Bunları deyib ağlaya-ağlaya da evinə getdi. Musiqçinin adını çəkməyəcəyəm. Az bir müddət keçəndən sonra həmin solist xəstəliyə düşdü və dünyasını dəyişdi. Haramçılıq pis şeydir. O, nağara ifaçısı qıza verilən pulu onun əlindən almışdı. Müğənnilərə üzümü tuturam ki, musiqiçilərə verilən pulu onun əlindən almaq olmaz" deyə, Elgiz bildirib. (axsam.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.