Şou-biznes

Elza Rozanı məhkəməyə verdi - DETALLAR

10 Oktyabr 2024 11:10
Baxış: 1 454
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Elza Seyidcahan məşhur müğənni Roza Zərgərlini məhkəməyə verib.

Milli.Az bildirir ki, modern.az-ın əldə etdiyi məlumata görə, Elza Seyidcahan xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib və Roza Zərgərlinin ona böhtan atdığını bildirib.

Roza Zərgərli haqqında Cinayət Məcəlləsinin 147-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) maddəsi üzrə iş icraata götürülüb. vakansiya

Qeyd edək ki, bu maddə ilə ittiham edilən şəxslər əməlləri təsdiq olunarsa min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İşə Yasamal rayon məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, Roza Zərgərli bir neçə gün öncə müğənni Roza Zərgərli Əməkdar artist Elza Seyidcahanla kadr arxasında yaşanan davasından danışıb.

O, "Sözün düzü" layihəsində bildirib ki, 8 Mart Beynəlxalq Qadınlar Günündə Elza Seyidcahanı təbrik etsə də, xoşagəlməz cavab alıb:

"Dedim ki, bayramdır, etibarsız dünyadır, pandemiya da hamımıza dərs oldu. Yanımda da şahidlər var, həmin müğənnilərdən soruşa bilərsiniz. Dedim ki, Elza xanım, sizi də, bacınızı da, nəvənizi də təbrik edirəm. Çılpaqlığı ilə desəm, biabırçılıq olacaq. Qayıtdı ki, mənimlə barışmaq istəyirsən? Dedi ki, öp əlimdən, barışaq. Oradakı çaydanı necə götürüb atdımsa, Allah üzümə baxdı ki, ona dəymədi. Çaydanı qaldırdım, Namiq əlimdən tutdu. Onda gözümü qan örtmüşdü. Şoka düşdüm. Bu adam nəvəsini yuxarı qaldırdı ki, çaydan uşağa dəysin. Oradakı sənət adamlarından soruşa bilərsiniz. Nə yalan deyim, söyüşlə danışdım. Qadın kimi, öz bayramımda səni qadın bilib xüsusi təbrik edirəm. Fikirləşirəm ki, bu soyuqluq burda bitsin. Deputat olurdun, nə oldu? İlhamə Quliyeva necə qarğış edibsə, tərpənə bilmirsən. O dünyada səni gözləyir".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.