“Qardaşımı meşəyə aparıb, bıçaqlayıblar” - YENİLƏNİB - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Mən bu xəbərin yayılmasını istəmirdim. Kim yayıbsa, təəssüf ki, doğrudur. Biz şikayətçiyik, çünki qardaşım meşəyə aparılaraq bıçaq zərbəsiylə yaralanıb. Qonşu bıçaqlayıb".
Milli.Az yazır ki, bu sözləri AZXEBER.COM-a açıqlamasında müğənni Ülviyyə Namazova deyib. O bildirib ki, bıçaqlanan qardaşının vəziyyəti ağırdır və reanimasiyadadır:
"700 metr qan axa-axa yerdə sürünüb. Hazırda "Semaşko" xəstəxanasında reanimasiya şöbəsindədir. Vəziyyəti ağırdır".
-------
11:49
Müğənni Ülviyyə Namazova qardaşı Vüqar Namazovun bıçaqlanması ilə bağlı açıqlama vermək istəmir.
Milli.Az bildirir ki, OLAY ifaçının soyadını demək istəmədiyi Elmar adlı köməkçisi ilə əlaqə saxlayıb. Daxili İşlər Nazirliyinin rəsmi açıqlaması olduğunu qeyd etməyimizə baxmayaraq, sözügedən şəxs ifaçının bu hadisəni şayiə olaraq təqdim etdiyini deyib:
"Məlumatım yoxdur. Bayaqdan 10 nəfər zəng edib. Ülviyyə xanımdan soruşmuşam, deyib ki, şayiədir. Söylədi ki, sənə də zəng olunsa, rahat şəkildə de ki, şayiədir. Mən işçiyəm, özündən soruşdum, belə söylədi. Açığı mənim maraqlanacağım mövzu deyil".
Qeyd edək ki, Vüqar Namazov bıçaqlanması ilə bağlı polis orqanında təhqiqat araşdırması başlanılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı OLAY-a bildirib ki, oktyabrın 5-də saat 23 radələrində paytaxtın Binəqədi rayonunun 1-ci Mədən yaşayış massivi ərazisində 2002-ci il təvəllüdlü E.Ağaquliyevin aralarında yaranmış mübahisə zəminində 1985-ci il təvəllüdlü V.Namazova xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.
Hadisə ilə bağlı ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb.
Tərəflərin izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Hazırda araşdırma davam etdirilir.
------
11:05
Əldə olunan məlumata görə, münaqişə V.Namazovun avtomobildə musiqiyə yüksək səslə qulaq asmasına görə başlayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qonşusu gecə saatlarında müğənnidən musiqinin səsini aşağı salmasını tələb edib. Nəticədə tərəflər arasında dava düşüb və Vüqara bıçaqla xəsarət yetirilib.
Xəstəxanaya yerləşdirilən müğənni qonşusundan şikayətçi olmadığını bildirib.
-------
10:51
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonu 1-ci mədən yaşayış massivi ərazisində 1985-ci il təvəllüdlü Vüqar Namazov bıçaqlanıb.
Bıçaq xəsarəti alan zərərçəkmiş Kliniki Tibbi Mərkəzə çatdırılıb və əməliyyat edilib. Onun həyatını xilas etmək mümkün olub.
Bildirilir ki, özü də müğənni kimi fəaliyyət göstərən Vüqar Namazov ifaçı Ülviyyə Namazovanın qardaşıdır. Onlar adətən duetlər ifa edirlər.
V.Namazovu bıçaqlamaqda şübhəli bilinən şəxs isə onun qonşusudur. İlkin məlumata əsasən, hadisə tərəflər arasında baş vermiş münaqişə zəminində qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Burak Özçivit rus qızların əhatəsində - (Video)
-
Sibel Canın sevgilisi tutuldu - (Foto)
-
"Şövkət"in “Yaprak Dökümü”nün məşhur səhnəsi ilə bağlı etirafı müzakirə yaratdı (Video)
-
15 il sonra yenidən eyni filmdə - (Foto)
-
Aysun İsmayılova: "Dizayner idim, gördüm ki, çörək müğənnilikdədir"
-
"Səni sabah bu gündən daha çox sevəcəyəm"
XƏBƏR LENTİ
-
Arda Gülər Mbappedən üzr istədi - (Foto)
-
Messi İspaniya kralı ilə şam yeməyinə dəvət aldı
-
Burak Özçivit rus qızların əhatəsində - (Video)
-
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişiklik edilib
-
Ərdoğanın sabiq baş müşaviri saxlanıldı
-
Ermənistanı növbədənkənar seçkilər gözləyir?
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Almaniyadan ekstradisiya ediləcək
-
Paşinyan sülh sazişinin imzalanacağı tarixi açıqladı
-
“Sabah” – “Qarabağ” matçının hakimi açıqlandı
-
Leonardo İncəsənət Məktəbi ilə MiniBoss Biznes Məktəbi birgə "Yaradıcı Sahibkarlıq" proqramına başladı
-
Yeni icra başçısı kimdir?
-
Leysan yağacaq, qara keçəcək - Proqnoz verildi
-
Elçin Yusubov Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib
-
Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib - Sərəncam
-
Qadınların ata evinə göndərdiyi gizli mesaj - SOS kəlağayısı - (Video)
-
Sibel Canın sevgilisi tutuldu - (Foto)
-
İcbari tibbi sığortada yenilik: Daha bir xəstəliyin dərmanları təminata daxil edilir
-
Azərbaycanın ən hündür asma körpüsünün tikintisindən son görüntülər - (Video)
-
"Şövkət"in “Yaprak Dökümü”nün məşhur səhnəsi ilə bağlı etirafı müzakirə yaratdı (Video)
-
Qızını döydüyü üçün kürəkənini öldürən şəxsin cəzası azaldıldı
-
Azərbaycanda bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
15 il sonra yenidən eyni filmdə - (Foto)
-
Ermənistan rəsmiləri Zəngəzur dəhlizi ilə bağlı bölgəyə getdi - Təfərrüat
-
Sumqayıtda şirkətin mühafizəçisi 1750 manatlıq metal oğurladı





