Şou-biznes

“Qadınlar baldırını, kişilər göbəyini göstərir”

4 May 2024 19:16
Baxış: 583
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Görkəmli müğənni Akif İslamzadə yeni açıqlaması ilə gündəmi silkələyib.

Milli.Az olay.az-a istinadən xəbər ki, sənətkar qonaq olduğu "YouTube"da yayımlanan "Mirinin dibçəyi" verilişində bildirib ki, yerli televiziyalara baxmır.

A.İslamzadə həmkarlarının açıq-saçıq geyimlərini sərt şəkildə tənqid edib:

"Bizim televiziya kanallarına baxmıram. "Yeni il" verilişlərinə baxıram. Ona görə baxıram ki, bəlkə, orada yeni bir səs eşitdim. Mən sənətdə yeni səhifə açanı qəbul edirəm. Məsələn, illər sonra nəvə deyəcək ki, nənənin klipinə baxmaq istəyirəm. O klipdə də həmin o qadın müğənni aşağısını, baldırını göstərir, kişi ifaçısı isə köynəyinin düyməsini göbəyinə kimi açıb. Onların sənətləri nədirsə, geyimləri də odur".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.