Şou-biznes

İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində..." - FOTO

4 May 2024 19:02
Baxış: 1 120
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli məşhur aktrisa və müğənni Serpil Çakmaklı illər əvvəl xəyanətə uğradığını etiraf edib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, Gökay Kalaycıoğlu yutub layihəsinə qonaq olan aktrisa ərinin ona dostunun evində xəyanət etdiyini bildirib:

"Mən güclü insan olduğum üçün cəmi 1 ya da 2 gün kədərlənirəm. Çox duyğusalam. Gördüyüm hadisə həzm edə bilməyəcəyim birşeydirsə nə qədər sevsəm də onu həyatımdan çıxarıram. Həyatında bir daha olmuram. Xəyanəti gözlərimlə gördüm özü də dostunun evində...".

"Yeşilçam" ulduzunun bu etirafı sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.

Xatırladaq ki, Serpil Çakmaklı ilk dəfə 16 yaşında yəni, 1978-ci ildə model Mert Çakmaklı ilə evlənib. Onlar sadəcə 6 ay evli qalıblar. Aktrisa ikinci dəfə 1990-cı ildə iş adamı Can Apa ilə ailə qurub. Bu evlilik də iki il çəkib.

Üçüncü dəfə isə 1993-cü ildə evlənib. Aktrisa həmkarı Yalçın Dümer ilə ailə qurub. İki il sonra Serpil bu həyat yoldaşından da boşanıb.

Cütlüyün bu evlillikdən Merve adlı bir qızları dünyaya gəlib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.