Şou-biznes

Nihal həbsdən çıxandan sonra ilk dəfə danışdı - VİDEO

29 Aprel 2024 09:59
Baxış: 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Altı aydan sonra həbsxanadan çıxan fenomen Nihal Candan ilk dəfə açıqlama verib.

Milli.Az olay-a istinadən bildirir ki, o, həbsdə yaşadıqları ilə bağlı "Kanal D"nin xəbər buraxılışına danışıb:

"Psixoloji cəhətdən çox çətin idi. İnsan ailəsi üçün darıxır. Mən şanslı idim ki, ailəmdən bir parça yanımda idi. Bir-birimizə dəstək olduq. Xəstəliyimlə bağlı çətinlik yaşadım. Polislərdən çox həkim gördüyüm bir dövr idi. İçəridə bufetimiz var idi, oradan alış-veriş edirdik, seriala baxırdıq, kitab oxuyurduq. Mənim heç vaxt sosial şəbəkələrdən pul qazanmaq fikrim olmamışdı. Əlbəttə səhvlərimiz oldu. Bundan əlavə uşaqlara pis örnək olmuşamsa da, üzr istəyirəm. Ailə olaraq dərdimiz Bahar azadlığa çıxanda bitəcək. Onu görməyə gedə bilməyəcəyəm, çünki fobiyam var. Biz Seçil Erzanla (Arda Turan kimi futbolçuları aldadan bank işçisi - red.) eyni yerdə qalırdıq. Onunla problem yaşamadıq. Hətta o, xəbərləri izləmək istəmədiyi üçün biz də baxmırdıq".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.