“Onlar baboşlarla, mamoşlarla böyüməyib” - Kamran Həsənli - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bu gün nə Siyavuş Aslan, nə Nəsibə Zeynalova, nə Həsən Turabov, nə Yusif Vəzirov, nə Fazil Salayev, nə Ədil İsgəndərov var. Artıq Ramiz Məlik də yoxdur! Biz gedirik, bir-bir gedirik, başa düşürsünüz?! Niyə gedirik? "Qara yeşik" bizi bu günə qoyduğuna görə gedirik, hamısı televiziyaya görə oldu. Telekanallar musiqimizi də, ədəbiyyatımızı da məhv etdi!"
Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Kamran Həsənli "Müsavat" TV-dəki verilişində deyib.
O, vaxtilə çalışdığı telekanaldan necə çıxdığından, telekanal rəhbəri ilə mübahisəsindən danışıb:
"Adını çəkmək istəmədiyim televiziya rəhbərlərindən biri ilə telekanaldan çıxanda üzbəüz bir söhbətim oldu. Məni televiziyadan çıxardılar, özüm çıxmadım. Bəziləri yazır ki, yaxşı edib səni çıxarıblar. Təbii ki, ekranda ədəbsizliyin, mənəviyyatsızlığın göstərilməsini istəyənlər bizi istəməzlər. Televiziya rəhbərliyi ilə son söhbətimdə sual verdim ki, axı niyə bizi bu hala salırsınız?! Axı sən də azərbaycanlısan. İclas zamanı idi, elə telekanal da televizorda açıq idi, dedim ki, o efirdəkinə bax, onun danışığına, intellektinə bax, a kişi, ayıb deyilmi Seyid Əzim Şirvaninin ruhundan?!
Mənə qayıdıb bilirsiniz nə dedi? Dedi ki, Kamran müəllim, indi evdar qadınlar evində ət çəkə-çəkə televizorun qarşısında oturub baxırlar, ona sənin ciddi danışığın lazımdır?
İndi kim evində əllə ət çəkir, hamıda elektrikli maşındır. İkincisi sən milləti arxanca çəkib irəli aparmaqdansa, bilə-bilə bu milləti arxaya dürtürsən? Bu sözlər iclasda həmin telekanal rəhbərinin üzünə deyilib. Amma təəssüf ki, sonradan rəhbərliyə ondan da pisləri gəldi. Sən demə, o adam hələ yaxşı imiş".
K. Həsənli bu gün gənclərin örnək götürə biləcəyi proqramların olmamasından gileylənib:
"Bu gün rep hanı? Bizim vaxtımızda Hüseyn Dəryanı dartıb efirə çıxarırdıq ki, gəl rep de, Elşad Xoseylə bir meydana çıx, gənclərə enerji ver. Həmin replərlə böyüyən gənclər 44 günlük savaşda qəhrəmancasına döyüşdülər. Onlar nənələrin efirdə ərə getməsi ilə, Baboşlarla, şapoşlarla, mamoşlarla böyüməmişdilər. Hansı ki, bu gün həmin şapoşlar gözümüzün önündə varlanırlar, şəhərin mərkəzində ev sahibi olurlar. Bilmirəm, bunların cibinə kimsə pul basır, ya necə. Bunu kim edir?!
Biz millət olaraq səfərbər olmalıyıq. Biz müharibədəki qələbədən sonra bu problemlərimizi həll etməliyik. Bəziləri yazacaq ki, Kamran, problemi yaradanlardan danış. Problemi yaradan elə bizik! Telekanallarda işləyənlər - redaktorlar, bədii şura, departament rəhbərləri bizlərik".
Həmin kadrları təqdim edirik:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Zaur Baxşəliyev: "Çantanı başıma necə vurdusa..."
-
İbrahim Borçalı: “Dərddən şəkərim qalxdı”
-
2 məşhur azərbaycanlı müğənninin birgə uşaqlıq Fotosu
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
-
"Ən bahalı müğənnisən, sənin yerinə utandım" - Rəvan Bağırov
XƏBƏR LENTİ
-
İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
-
On doqquz artıq mandat: İsrail özünü hesab tələsinə necə saldı
-
Zaur Baxşəliyev: "Çantanı başıma necə vurdusa..."
-
Bu ölkədə işə bir saatdan gec çatanlar 40 faiz artıq maaş alır
-
Evinizdə belə əsginas varsa, diqqətli olun - Qiyməti 1 000 manatı keçir - (Foto)
-
İbrahim Borçalı: “Dərddən şəkərim qalxdı”
-
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
-
2 məşhur azərbaycanlı müğənninin birgə uşaqlıq Fotosu
-
İsveçdə Quranı yandıran belə cəzalandırıldı
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
Polşada gərginlik pik həddə - Prezident təcili iclas çağırdı
-
"Qalatasaray" böyük hesabla qələbə qazandı
-
Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər (Foto-Video)
-
Qaralmış gümüşü ovmadan təmizləyən üsul
-
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
-
Bəy şadlıq sarayına çatmamış yuxuya getdi – (Video)
-
Üç bürc üçün çox xoşbəxt dövr başlayır
-
Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar
-
Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
-
Türkiyədə cütlük boşanma qərarını möhtəşəm parti ilə elan etdi (Video)
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
-
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
-
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - (Video)





