Dünya şöhrətli ulduz Britni Spirsin oktyabrın 24-də dərc olunmuş qalmaqallı 'The Woman in Me'den (İçimdəki qadın) kitabı 3 gün içində 9 milyon nüsxə satılıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, Britni Spirsin adı indidən kitabı ən çox satılan məşhur olaraq rekord qırıb.
41 yaşlı müğənni qalmaqallarla dolu həyatı barədə kitabını dərc etdirər-etdirməz artıq yeni nəşrlər üçün sifarişlər almağa başlayıb. Kitab mağazalara çıxan kimi satılıb qurtarıb.
Britni Spirsin bu kitabı şahzadə Harrinin kral ailəsi barədə yazdığı "Yedək" kitabından daha çox tələbat görüb.
Verilən məlumata görə, Britni Spirs kitabını nəşr etmiş yayım evindən 12,5 milyon dollar qonorar alıb. Üstəlik satışdan əldə edilən gəlirin 25 faizi də müğənniyə çatacaq.
Müğənni kitabında tanınmış şəxslərlə yaşadığı gizli münasibətlərdən də bəhs edib.
Milli.Az