Şou-biznes

Şəxsi aşpazı məşhur aktyorun pəhrizini açıqladı

13 Oktyabr 2023 23:15
Baxış: 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyalı məşhur aktyor Kris Hemsvortun pəhrizi məlum olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyorun qidalanmasının sirrini onunla 10 ildir çalışan şəxsi aşpazı Serxio Perez açıqlayıb:

Kris üçün menyu tez-tez dəyişdirilməlidir. O, ya kökəlməli, ya da arıqlamalıdır. Hamısı rollar naminə. Müxtəlif menyuya baxmayaraq, aktyor hər gün sözün əsl mənasında bir sağlam yemək yeyir.

Yeganə etdiyi şey isə, hər gün çiy və bişmiş tərəvəzlər, fermentləşdirilmiş qidalar, qoz-fındıq, toxum və çoxlu sağlam yağlardan ibarət böyük salat, bir steyk və ya böyük bir balıq yeməkdir. Əzələləri üçün isə Kris əlavələr qəbul etmir. Onun sirri zeytun yağı ilə çoxlu qızardılmış ət və tərəvəzdir".

Qeyd edək ki, Kris Hemsvort "Qisasçılar" filminin çəkilişləri zamanı gündə altı dəfə yemək yeyirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.