Şou-biznes

Madonnadan İsraillə bağlı paylaşım - FOTO

11 Oktyabr 2023 05:05
Baxış: 1 160
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur müğənni Madonna sosial media hesabında İsraildə baş verənlərlə bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı Fələstinin radikal "HƏMAS" hərəkatının hücumu fonunda İsraili dəstəklədiyini vurğulayıb.

"Bütün bu ailələrin, xüsusən də uşaqların küçələrdə təcavüzə, hücuma və öldürülməsinə baxmaq ürək ağrıdır. Təsəvvür edin, bu, sizin başınıza gəlir. İzaholunmazdır. Münaqişələri heç vaxt zorakılıqla həll etmək olmaz. Təəssüf ki, bəşəriyyət bu beynalxalq həqiqəti dərk etmir. Heç vaxt da anlamadı. Biz nifrətin məhv etdiyi bir dünyada yaşayırıq.

Ürəyim İsraillədir - dağılmış ailələr və evlərlə, itmiş uşaqlarla, öldürülmüş günahsız qurbanlarla.

Sənin üçün dua edirəm. Bilirəm ki, bu, "HƏMAS"ın işidir və Fələstində bu terror təşkilatını dəstəkləməyən çoxlu sayda günahsız insan var. Bu faciəvi hücum hər kəs üçün yalnız daha çox əzab yaradacaq.

Gəlin, hamımız dua edək. İsrail, sülh, dünya üçün" deyə, Madonna yazıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.