Şou-biznes

Qənirə Paşayevadan yazdı: "Bağışla..." - VİDEO

6 Oktyabr 2023 20:00
Baxış: 1 937
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Şeirində bir dosta ağlama deyirsən. Sanki bizi o vaxtdan hazırlayırdın bugünkü sənsizliyinə? Ağlama deyirsən... Axı necə ağlamayaq? Bizi sənsiz qoyub getdin, Qənirəm. Arxanda sellər kimi göz yaşı qoyub getdin. Bir yığın suallar qoyub, səssiz-sədasız getdin".

Milli.Az olay-a istinadən bildirir ki, bu sözləri əməkdar incəsənət xadimi, aktrisa Məlahət Abbasova məhrum millət vəkili Qənirə Paşayeva ilə bağlı deyib. 

"Şeirlərinə, müsahibələrinə indi qulaq asanda, əslində sən yavaş-yavaş hamımızla vidalaşırmışsan, Qənirəm. Biz bunu başa düşəməmişdik, bağışla... "Məlahətli qonaqlar" verilişimdə Haluk Leventlə səmimi söhbətin hələ də gözümün önündədir. Məkanın cənnət olsun, bacım. Getdiyin yerdə hüzurla yat" - deyə M.Abbasova qeyd edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.