Şou-biznes

Rihannaya ağır itki üz verdi - FOTO

3 Sentyabr 2023 18:26
Baxış: 1 653
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dünya şöhrətli müğənni Rihannaya ağır itki üz verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, o, 28 yaşlı bacısı qədər sevdiyi Tanella Alleynin öldüyünü bəyan edib.

Qeyd edək ki, Tanella Rihannanın əmisinin qızıdır və onlar çox yaxın rəfiqə olublar. Rihanna sosial şəbəkə hesabında ölən xanımı bacısı kimi təqdim edib.

Tanellanın ölüm səbəbi bilinmir. Onun anası qızının yaxın zamanlarda çəkdirdiyi beyin tomoqrafiyasında qara kütlənin görüldüyünü deyib.

6 il öncə Tanellanın qardaşını güllələyərək öldürmüşdülər. Kiçik bacısı isə 14 yaşında intihar etmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.