Şou-biznes

"Şüşə qabda portağal şirəsi paylaşan müğənnilərə aldanmayın"

26 Avqust 2023 01:12
Baxış: 2 084
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Elgiz Əkbərin ekonom klassda uşmasına da bir söz çıxartdınız. Başa düşmədim, aparıcılar milyonçudur? Ya ekonom klass-da uça bilməz?".

Milli.Az axşam.az-a istinadən bildirir ki,  bu sözləri aparıcı Kazım Sübhan sosial şəbəkədə yazıb. O, aparıcı Elgiz Əkbərin təyyarədən görüntüsünü tənqid edənlərə münasibət bildirib:

"Siz aldanmayın şüşə qabda portağal şirəsi paylaşan müğənnilərə, onların da ekonom klassda uçduğu vaxtlar olub. Ağlınız, savadınız ilə yarışın, biznes klassda uçmaqla yox".

Qeyd edək ki, Bodruma uçan Elgiz təyyarədən video paylaşmış, türkiyəli müğənni Əmrahın da onunla eyni təyyarədə ekonom klassda uçduğunu vurğulamışdı. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.