Şou-biznes

Cığateldən qəzada həlak olan nəvəsi ilə bağlı paylaşım - FOTO

24 Avqust 2023 14:33
Baxış: 2 229
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, şair Cığatel İsaqızının 10 yaşlı nəvəsi Süleyman avtomobil qəzasında dünyasını dəyişib.

Milli.Az axşam.az-a istinadən bildirir ki,  şair hadisədən sonra ilk dəfə paylaşım edib. O, nəvəsinin fotosunu paylaşaraq "Könlüm Süleyman istəyir" şeirini yazıb.

Qeyd edək ki, sözügedən hadisə avqustun 6-da Ələt-Astara magistralın 38-ci km-də, Salyandan keçən hissəsində qeydə alınıb.

Belə ki, "Nissan" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən - Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün oğlu, 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb. Azyaşlı qızı Cığatel də xəsarət alıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.