Şou-biznes

Qəzaya düşən müğənni ölümlə təhdid edilir

16 Avqust 2023 15:32
Baxış: 1 511
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Lada Dens keçirtdiyi qəzadan sonra hələ də xəstəxanada müalicəsini davam etdirir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aldığı travmalara görə həkimlər onun evə buraxılmasını məsləhət görmür. O, müstəqil hərəkət edə bilmir və praktiki olaraq danışmır. Buna baxmayaraq, sənətçi artıq qəzanın günahkarını cəzalandırmağa çalışır. Lada nəqliyyat şirkətinə qarşı 12 milyon rubl iddia hazırlayır.

Bütün bunlarla yanaşı müğənni bu günlərdə təhdid edilir. Həm sosial şəbəkədə, həm də telefonda ifaçı ölümlə hədələnir. Müğənninin son paylaşımlarından birinin altında qəzanın səbəbkarlarından təzminat tələb etməyi dayandırmasa, onu bıçaqlayacaqları yazılıb.

"Diqqətlə düşünün, siz həyatı və ya pulu qiymətləndirirsiniz" deyə, şərhdə yazılıb.

Beşinci kanalın məlumatına görə, sənətçinin prodüseri Sergey Pudovkin artıq ölümlə hədələmə faktı ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.