Şou-biznes

"İndi var-dövlətimi qızıma versəm, mənə baxmayacaq" - VİDEO

23 İyun 2023 21:38
Baxış: 3 136
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İnsan gərək qocalığı üçün nəsə saxlasın. Valideynlərə deyirəm, indidən hər şeyinizi övlada verməyin. Qoy, övladın sizdən asılacağı olsun, sizin ondan yox. Ata, ana öləndə onsuz hər şey övladındır. Vəsiyyət yaz qoy ki, bu filan övladındır, səndən sonra dava düşməsin. Hamısını verəndə valideyn pis hala qalır. Ata, ananın pulu olanda övlad pilləkəni beş-beş çıxır. Pul qurtaranda isə, deyir, yenə gəldi, pul istəyəcək".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva "Elgizlə izlə" verilişində deyib. Qarmon ifaçısı ata, anasını atan övladlardan danışıb. Valideynlərə səslənən musiqiçi bildirib ki, öz var-dövlətini qızının belə adına keçirməyib:  

"Qızımla bir yerdə yaşayıram. Bilirəm ki, mən öləndən sonra hər şey onundur. İndi var-dövlətimi qızıma vermərəm, o zaman mənə baxmayacaq. Övlad valideyndən asılı olanda onu çox istəyir. Olmayanda deyir, aparım qoyum bir yerə, nə edirəm onu. Pulun olmasa uşaq getməz məktəbə, pulun olsa, tikərsən beş mərtəbə". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.