Şou-biznes

"Göz, nəzər var. Ona görə qorxuram" - Sevda Yahyayeva

23 İyun 2023 11:03
Baxış: 10 625
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Hələ Ayla balacadır. Bir az böyüsün, onu da özümüzlə gətirəcəyik". 

Milli.Az olay.az-a istinadən bildirir ki, bu sözləri "MTV Xəbər"ə müğənnİ Sevda Yahyayeva deyib. O, övladının üzünü göstərməmə səbəbindən danışıb:

"Göz, nəzər var. Ona görə qorxuram, özüm üçün yox. Fikirləşirəm ki, balacaya göz dəyər. Bir yaşı olsun, məni sevənlərlə onu tanış edəcəyəm". 

Sevda həmçinin həyat yoldaşı Zakir Bayramovun ona sənətdə göstərdiyi dəstəkdən söz açıb:

"Evdə də dəstək var.  Əksinə məcbur edir ki, işlə, yeni mahnılar axtar. Hər bir işi ailəmlə məsləhət edib, sonra qərarı özüm verirəm. Mənfi rəylərə fikir vermirəm, təhqirləri qəbul etmirəm, tənqid ola bilər. Hamı məni bəyənmək məcburiyyətində deyil. Eynilə mən də".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.