"Desiigner" ləqəbi ilə məşhur amerikalı repçi Sidni Selbinin psixoloji problemləri yaranıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu səbəbdən sosial şəbəkədə psixiatriya xəstəxanasına yerləşdirildiyini bildirib:
"Təyyarədəki hərəkətlərimə görə utanıram. Son bir neçə ay yaxşı deyildim və baş verənlərlə barışmaqda çətinlik çəkirəm. Bütün şouları təxirə salıram. Psixi sağlamlıq vacibdir. Dostlar, xahiş edirəm mənim üçün dua edin. Özünüzü yaxşı hiss etmirsinizsə, kömək istəyin".
Qeyd edək ki, reper bir müddət əvvəl təyyarədə sstüardessaya qeyri-etik hərəkətlər etddiyi üçün Minnesota şəhərində polis tərəfindən həbs olunmuşdu.
Milli.Az