Şou-biznes

Tanınmış müğənninin qızı doğuşdan sonra yenə açıq-saçıq FOTOlar paylaşdı

18 Aprel 2023 05:05
Baxış: 3 163
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın xalq artisti Aleksandr Serovun qızı ikinci uşağını dünyaya gətirdikdən sonra yenidən gündəmə gəlib.  

Milli.Az lent.az-a istinadən xəbər verir ki, müğənni Dubay çimərliyində məşhur Sail Hotelində (Burj Al Arab) diqqətçəkən pozalar verib və həmin şəkilləri sosial şəbəkələrdə paylaşıb.

Qeyd edək ki, tanınmış müğənninin qızı Mişel Serova əri Roman adlı iş adamı ilə evlidir. Onların iki övladı var. 2020-ci ilin sentyabrında onların Miya adlı qızı, 2022-ci ilin fevralında isə Makar adlı bir oğlu dünyaya gəlib.

Mişel Serova bildirib ki, ikinci uşaqdan sonra onun yenidən əvvəlki formasına qayıtmağı üçün interval qidalanma, idman məşqləri və masajlar kömək edib.

Sənətçinin qızı şəxsi bloqunda atası haqqında da danışıb. O bildirib ki, Aleksandr Serov nəvələri dünyaya gələndən sonra dəyişib. Müğənninin sözlərinə görə, o, daha həssas və səmimi davranmağa başlayıb.  

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.