Şou-biznes

"Gedirlər estetikin yanına, şəkilimi göstərib deyirlər ki, "məni Mətanətə oxşadın""

4 Aprel 2023 14:00
Baxış: 2 835
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Mətanət Əsədova özünü ona bənzədən məşhurlar haqda sərt açıqlama verib.

Milli.Az olay-a istinadən xəbər verir ki, "Şou xəbər"ə danışan ifaçı ad çəkmədən bəzi həmkarlarını ikiüzlü adlandırıb:

"Mən bilirəm ki, sən yaltaqsan. Əgər belə ürəklisənsə bunu mənə efirdə üzbə-üz de! Gedirlər həkim yanına, şəkilimi göstərib deyirlər ki, "məni Mətanətə oxşadın". Gərək insanın özü gözəl olsun, nə qədər əməliyyat etsəniz də mənə oxşaya bilməyəcəksiniz."

Xatırladaq ki, son olaraq Əsədova ilə Əməkdar artist Elza Seyidcahan arasında qalmaqal yaşanmışdı. Bəstəkar-müğənni "Günaydın, Azərbaycan" verilişində Mətanət haqqında səsləndirdiyi fikirlər ikili arasında gərginliyin hələ də davam etdiyini təsdiqləyir:

"Mətanət Əsədova kimdir ki? Müğənnidi? Müğənni deyil. Səsi var, səsinin aşiqiyəm. Sənətinin üstünə düşməkdənsə, bədəninin üstə düşüb. Adam səsi montaj edər, oxuyar. Mən onu sevmirəm. O, seviləsi adam deyil. Səsini sevirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.