Şou-biznes

"Qızımın gələcəyi üçün onu bağışlamışam"

25 Mart 2023 18:36
Baxış: 2 077
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"İnsan həyat yoldaşı, ailəsi üçün çabalamamalıdır. Kiməsə görə adımı qorumamışam. Kiminsə yoldaşıdır, qohumudur... İnsan özü seçilməlidir. Xanım özünə hörmət etməli, qanunları, dünyagörüşü olmalıdır".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Nəzakət Teymurova "Düzünə qalsa" verilişində deyib. Xanəndə şəxsi həyatından, qadınlardan danışıb:

"İllərlə Nigarın atasına qarşı... İndiki düşüncəmlə onu bağışlamazdım. Qızıma görə, Nigarın gələcəyi üçün onu bağışlamışam. İndi onları etməzdim. Qadının yanında güclü kişi olmalıdır. Qadın incədir, kişi kimi qadın sözünü qəbul etmirəm. Qadının həyatında hökmlü kişi olmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.