Şou-biznes

"Bu, bir yuxudur..." - İndoneziyaya yollanaraq, orada yaşayan azərbaycanlı müğənni - FOTO

7 Mart 2023 14:14
Baxış: 1 660
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Çingiz Mustafayev bir müddət əvvəl yenidən İndoneziyaya yollanaraq, orada yaşamağa başlayıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi orada məkanlarda çıxışlar edərək, təəssüratlarını instaqram izləyiciləri ilə bölüşür. 

Çingiz bu dəfə oradakı həyatından yazıb. O, paylaşımında "Bu yer bir yuxudur. Ancaq yatanlar onu gerçək hesab edir. Yola ağılla çıxacaqsan, sonra yolda ağıldan çıxacaqsan " sözlərini qeyd edib. 

Qeyd edək ki, Çingiz bir neçə il əvvəl yaşamaq üçün Rusiyaya köçmüş, daha sonra İndoneziyaya yollanmışdı. O, bir ildən çox Balidə yaşadıqdan sonra Bakıya qayıtmışdı. Bir müddət əvvəl isə o, yenidən İndoneziyaya yollanıb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.