Şou-biznes

"Üçüncü zərbəni də mənə sən vurdun"

22 Fevral 2023 19:12
Baxış: 2 373
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Nazpəri Dostəliyeva iki gün əvvəl dünyasını dəyişən Xalq artisti Ramiz Novruzla bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,müğənni dost olduğu aktyorun ölümünün onun üçün böyük zərbə olduğunu vurğulayıb:

"Əziz dostum, böyük sənətkar... Bu xəbər məni daha çox məyus elədi. Üçüncü zərbəni də mənə sən vurdun. Məkanın cənnət olsun".

Qeyd edək ki, bir neçə gün əvvəl Nazpərinin müğənni bacısı Zeynəb Dostəliyeva dünyasını dəyişib. Müğənninin oğlu Əli isə 2021-ci ildə ürəkçatışmazlığından vəfat edib.

R.Novruz Nazpərinin "Nə olar Allahım, ayırma bizi" mahnısına çəkdirdiyi klipdə rol alıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.