Şou-biznes

Azərbaycanlı müğənni ağır xəstəlikdən əziyyət çəkir

16 Dekabr 2022 08:49
Baxış: 3 590
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni İntizar Məmmədzadənin səhhətində ciddi problem yaranıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı MS - dağınıq sklerozdan (iltihabi xəstəlik olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsidir) əziyyət çəkir. Bu haqda İ.Məmmədzadə "7 canlı" verilişində məlumat verib:

"MS deyilən bir xəstəlik var, məndə də aşkar olundu. Gözümdə problem yarandı, görmə qabiliyyətimi itirdim. Halsızıq var idi, yatmağa çox üstünlük verirdim, nəyisə qaldırmağa gücüm olmurdu. Bu xəstəlik zamanı həyat tərzini dəyişməlisən. Birinci Allaha, ikinci isə xanımıma minnətdaram ki, məni ayağa qaldırmağa kömək oldu".

Qeyd edək ki, Əməkdar artist Ehtiram Hüseynov da bu xəstəlikdən əziyyət çəkir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.