Şou-biznes

“Uşaqlarım Milad üçün hədiyyəsiz qalacaqlar”

12 Dekabr 2022 20:36
Baxış: 1 016
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hollivud ulduzu Dryu Berrimor etiraf edib ki, bu il onun uşaqları Milad üçün hədiyyələrsiz qalacaqlar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunun əvəzinə o, övladlarına bayramla bağlı xoş xatirələr yaşatmağa qərar verib.

Xüsusilə amerikalı aktrisa hədiyyələri "faydasız" hesab etdiyi üçün vermədiyini bildirib. Onun sözlərinə görə, uşaqları onsuz da il ərzində çoxlu mükafatlar alırlar.

Xatırladaq ki, Dryu Barrimorun 10 və 8 yaşlı iki qızı var. Qızlar aktrisanın Uill Kopelmanla üçüncü evliliyində doğulublar. Cütlük toydan 4 il sonra boşanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.