Şou-biznes

Tiktokerlərin tələbələrlə görüşü tənqid edildi - VİDEO

9 Dekabr 2022 18:20
Baxış: 911
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tiktokerlərin Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qonaq dəvət edilməsi birmənalı qarşılanmayıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, Nicat Şakirli (Nikosayağı), Sabir Samiroğlu və Zaur İskəndərovun çıxışları sosial mediada yayılıb. Onlarla görüşə gələn tələbələr tiktokerlərə suallar ünvanlayıb.

Nicat Şakirli çıxışı zamanı imtahanda başqa bir nəfərdən yardım almasından, köçürməsindən söz açıb. O, həmçinin dostu Zaur İskəndərovla tanışlıq hekayəsindən də danışıb. Tələbələr bu anları gülüşlə və alqışlarla qarşılayıb.

Sözügedən görüntülər isə sosial mediada etiraza səbəb olub. Şəbəkə istifadəçiləri universitetlərə professorların, elm adamlarının, uğurlu biznesmenlərin dəvət olunmasının tərəfdarı olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.